Kitaplarımız

RUS VƏ ERMƏNİ MƏNBƏLƏRİ İŞIĞINDA
ERMƏNİ PROBLEMİ 1915 – 1923 MÜSTƏMLƏKƏ MÜHARİBƏSİ

Yazar Prof. Dr. Seyit Sertçelik
Çevirmen Aygün HASANOĞLU
Yayın Evi Srt Yayınları
Yayın Tarihi 2017-03-10
ISBN 978-605-65506-6-9
Baskı Sayısı, tipi 1. baskı
Dil Azerice
Sayfa Sayısı 572
Cilt Tipi Karton kapak
Satış liste fiyatı 49 TL.
Kağıt Cinsi 2. Hamur.
Ebatları 14 cm x 23 cm x 42 mm

Bu Kitabı nereden temin edebilirsiniz?

Bu Kitap 300 kez incelendi.

1568 gün davam edən Birinci Dünya müharibəsinə 35 dövlət qoşulmuşdu. Bu müstəmləkə müharibəsində Müttəfiq Dövlətləri tərəfindən ermənilərlə Avstraliya və Yeni Zellandiyanın da daxil olduğu 45 milyondan çox insan səfərbər edildi. İttifaq Dövlətləri isə 25 milyona yaxın insanı səfərbər edəbilmişdilər. Müharibənin sonunda Osmanlı, rus, alman və Avstriya–Macarıstan İmperatorluqları tarix səhnəsindən silindilər. Ölü və yaralı olaraq 20 milyon insan itkisi verildi. 8 milyon nəfər əsir düşdü. Müstəmləkə müharibəsinin vurduğu maddi zərərin 186 milyonla 260 milyon arasında olduğu irəli sürülmüşdür.

Müstəmləkə müharibəsinin başladığı 1914-cü il avropalılara görə “xəstə adamın”, yəni Osmanı Dövlətinin tarix səhnəsindən silinməsi üçün qurulan planların və ssenarilərin artdığı və sürətləndiyi bir il olmuşdur. Şübhəsiz ki, “xəstə”nin mirasını bölüşmək dərdində olan Qərbin müstəmləkəçi güclərinin, Türkiyə üzərindəki layihə və planlarının reallaşdırılması üçün “xəstəyə” son zərbəni vuracaq yardımçı “daxili güclərə” ehtiyac vardı. Məhz bu səbəbdən, müstəmləkəçi güclərin milli maraqlara xidmət edərək “xəstəyə” son zərbəni vuracaq “bir yaxın” axtarılırdı. Bu yaxını tapmaqda gecikmədilər. Osmanlı Dövlətini içəridən xəncərləyəcək güc kimi “Osmanlı ermənilərini” gördülər. Ermənilər isə, uzun bir müddətdir xəyalını qurduqları, ən azından, muxtar bir dövlətə qovuşmaq üçün bu rolu özlərinə uyğun gördülər.

Birinci Dünya müharibəsinin başlaması erməni liderləri tərəfindən qaçırılmaması gərəkən “tarixi bir fürsət və an” kimi görülmüşdü. Yüz illər boyunca, onlara qucaq açmış bir xalqa və dövlətə qarşı baş qaldıran silahlı bandaları və silahlı şəbəkələri özündə birləşdirən Daşnaksutyun Partiyası mənsubları, Osmanlı Dövlətinin parçalanması üçün əllərindən gələn qədər müharibə dövründə hər yola əl ataraq heç cür ölməyən “xəstə adam”ı cərrahi üsullarla tarixin səhifələrindən kənara atmaq üçün “son neştəri vurma” rolunu özlərinə yaraşdırdılar, bu yolda Çar Rusiyasına və Qərbin müstəmləkəçi dövlətlərinə xidmət etmək üçün əllərindən gələni etdilər.

“Əlinizdəki bu kitab, öz ölkəsi Osmanlı Dövlətinə xəyanət edən erməni silahlı birlikləri və silahlı bandaları ilə ruslar arasındakı münasibət və əlaqələri sənədlərə əsaslanaraq açıq şəkildə ortaya qoymuşdur. Kitab, həqiqəti və sadəcə həqiqəti öyrənmək və tarixi hadisələr qarşısında düzgün bir mövqedə haqqa şahidlik etmək istəyən vicdan sahibi oxuculara təqdim edilmiş dəyərli bir xəzinədir.”

ADRESLER

  • Ofis: Mebusevleri Mah. Dögol Cad. No:37/4 Beşevler, 06580 Ankara
  • Depo: Çamlık Mah. Şehit Adem Kocadağ cad. No:37/B 06360, Altındağ, Ankara Telefon: +90 (312) 484 04 06
  • Email: info@srtyayinlari.com
  • Gsm : 554 980 28 03