Kitaplarımız

RUS VƏ ERMƏNİ MƏNBƏLƏRİ İŞIĞINDA
ERMƏNİ PROBLEMİ MEYDANA ÇIXMA PROSESİ 1678-1914

Yazar Prof. Dr. Seyit Sertçelik
Çevirmen Aygün HASANOĞLU
Yayın Evi Srt Yayınları
Yayın Tarihi 2017-03-10
ISBN 978-605-65506-5-2
Baskı Sayısı, tipi 1. baskı
Dil Azerice
Sayfa Sayısı 398
Cilt Tipi Karton kapak
Satış liste fiyatı 46 TL.
Kağıt Cinsi 2. Hamur.
Ebatları 14 cm x 23 cm x 25 mm

Bu Kitabı nereden temin edebilirsiniz?

Bu Kitap 1822 kez incelendi.

Məlum olduğu kimi, tarixi hadisə və proses yalnız bir dəfə baş verir, lakin siyasi şəraitə uyğun olaraq zaman-zaman yenidən yazılır və ona müxtəlif cür qiymətlər verilir. Ən dəhşətlisi isə olmayan hadisədən uydurma tarixin quraşdırılmasıdır. Belə quraşdırılan tarixlərdən biri erməni “tarixçilər”inin uydurduqları “erməni soyqırımı” məsələsidir.

Türkiyə əleyhinə çirkin məqsədlər üçün istifadə edilən tarixdə olmayan “erməni soyqırımı”nın əsl səbəbləri nədir? “Erməni məsələsi” deyilən məsələ necə meydana çıxmışdır? “Erməni məsələsi”ni ortaya atmaqda böyük dövlətlərin məqsədləri nədən ibarət olmuşdur? Bu və ya digər çoxlu məsələlərin ən mötəbər arxiv materialları və sənədli mənbələr əsasında araşdırılması mühüm elmi və siyasi aktuallıq kəsb edir.

Tarixi mənbələr sübut edir ki, uydurma “erməni məsələsi” deyilən məsələ böyük dövlətlər tərəfindən Osmanlı dövlətinin parçalanmasını nəzərdə tutan “Şərq məsələsi”nin tərkib hissəsi kimi düşünülmüş və müəyyən siyasət halına gətirilmişdir. Bu qondarma məsələnin ortaya çıxmasına və böyük dövlətlərin maraqlarına dair ən mötəbər sənəd və materillar Rusiya arxivlərində saxlanılır. Onların elmi dövriyyəyə gətirilməsi, dərindən öyrənilməsi və ümumiləşdirilmiş nəticələrin çıxarılması tarixçilərin qarşısında dayanan vəzifələrdən biridir.

Türkiyə tarixçiləri bu problemə dair çoxlu araşdırmalar aparmış və dəyərli əsərlər yazmışlar. Həmin tədqiqat işlərinin arasında Prof. Dr. Seyit Sertçelikin “Erməni məsələsi: ortaya çıxış sürəci. 1678-1914” əsəri özünəməxsus yer tutur. Əsasən Moskva və Sankt Peterburq arxivlərinin materialları əsasında yazılmış bu əsər problemin mahiyyətinə və təkamülünə dair tarixi gerçəklikləri üzə çıxarmağa imkan verdiyindən əhəmiyyətlidir. Xarici dillərə tərcümə edilərək nəşr olunan belə əsərlərin sayəsində məsələ ilə maraqlanan şəxslər erməni tarixçilərinin yazdıqlarının uydurma olduğuna əmin olurlar. Əsərin Azərbaycan dilində nəşrini faydalı hesab edir və müəllifi Prof. Dr. Seyit Sertçelikə yeni yaradıcılıq uğurları arzulayıram.


Prof. Dr. Musa Qasımlı

ADRESLER

  • Ofis: Mebusevleri Mah. Dögol Cad. No:37/4 Beşevler, 06580 Ankara
  • Depo: Çamlık Mah. Şehit Adem Kocadağ cad. No:37/B 06360, Altındağ, Ankara Telefon: +90 (312) 484 04 06
  • Email: [email protected]
  • Gsm : 554 980 28 03